REGİONLAR


Füzuli ictimaiyyəti cəbhə bölgəsində xidmət edən əsgərlərlə görüşüb

A+ A

Füzuli, 31 dekabr, AZƏRTAC

Füzuli rayon ictimaiyyətinin nümayəndələri 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə “N” saylı hərbi hissədə xidmət edən əsgər və zabitlərlə görüşüblər.

AZƏRTAC xəbər verir ki, qonaqlar əvvəlcə hərbi hissə komandanlığı ilə birlikdə ön xəttə gedərək, əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanıb, onlarla söhbətlər aparıb, bayram sovqatları çatdırıblar.

Şəxsi heyətlə keçirilən görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Alı Alıyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə əsgər və zabitləri təbrik edib, onlara çətin və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulayıb. Ulu öndər Heydər Əliyevin dünya azərbaycanlılarının vahid milli ideologiya ətrafında birləşdirilməsi istiqamətindəki əvəzsiz xidmətlərindən danışan A.Alıyev Həmrəylik Gününün əsas məzmununun milli-mənəvi dəyərlərə hörmət, Vətənə bağlılıq və azərbaycançılıq ideyalarının təşkil etdiyini bildirib.

Çıxışlarda hər bir azərbaycanlının ən böyük arzusunun Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunması və üçrəngli, ay-ulduzlu bayrağımızın Qarabağda dalğalanması olduğu vurğulanıb. Hazırda işğal altında olan torpaqlarımızın tezliklə azad ediləcəyinə inam hissi ifadə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.