REGİONLAR
Füzuli ictimaiyyətinin nümayəndələri cəbhə xəttində xidmət edən əsgərlərlə görüşüblər
Füzuli, 27 iyun, AZƏRTAC
Füzuli rayon ictimaiyyətinin nümayəndələri Silahlı Qüvvələr Günü münasibətilə cəbhə xəttində xidmət edən əsgər və zabitlərlə görüşüblər.
AZƏRTAC xəbər verir ki, Füzuli Rayon İcra Hakimiyyətinin rəhbərliyi və ictimaiyyət nümayəndələri əvvəlcə ön xətdə xidmət edən əsgərlərimizin vəziyyəti, xidmət və məişət şəraiti ilə tanış olub, onlarla səmimi söhbətlər aparıb, bayram sovqatı çatdırıblar.
Hərbi hissənin şəxsi heyəti ilə keçirilən görüşdə çıxış edənlər bayram münasibətilə əsgər və zabitləri təbrik edib, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulayıblar.
Hərbiçilər qonaqlara minnətdarlıqlarını bildirib, bu cür tədbirlərin düşmənlə üz-üzə xidmət edən əsgərlərdə ruh yüksəkliyinin artmasında böyük rol oynadığını vurğulayıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.03.2024 [17:11]
Balakəndə Novruz bayramı qeyd olunub
- 19.03.2024 [16:59]
AFAQ layihəsi çərçivəsində Zəngilanda qadın fermerlərə dəstək göstərilib
- 19.03.2024 [16:56]
Gəncədə güclü yağış fəsadlara səbəb olub
- 19.03.2024 [16:41]
Naxçıvanda “Tullantıları tinglərə dəyiş” aksiyası keçirilib
- 19.03.2024 [16:27]
Füzuli şəhərində İlaxır çərşənbə qeyd olunub FOTO VİDEO
- 19.03.2024 [15:56]
Naxçıvanın Türkiyə ilə “Sərhədyanı ticarət” imkanları müzakirə olunub
- 19.03.2024 [14:58]