İQTİSADİYYAT


Füzuli küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılıb

Bakı, 25 may, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Bakı şəhəri Yasamal rayonunun Füzuli meydanı ətrafında yol infrastrukturunun yenidən qurulması istiqamətində aparılan işlər çərçivəsində mövcud dairənin ləğv edilməsi işlərinə başlanılıb.

“Azəravtoyol” ASC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildiriblər ki, bu səbəbdən Füzuli küçəsindən dairəyə doğru çıxış hissə müvəqqəti olaraq bağlanıb. Həmin istiqamətdən gələn avtonəqliyyat vasitələri alternativ olaraq İslam Səfərli küçəsinə yönəldilib. Sürücülər həmin yoldan istifadə edərək yenidən Şıxəli Qurbanov küçəsinə çıxa bilərlər.

Dairənin ləğv edilməsi istiqamətində aparılan işlər bir neçə gün ərzində davam etdiriləcək. Bu müddət ərzində sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkətində qismən məhdudlaşdırmalar tətbiq ediləcək. İşlər tam yekunlaşdıqda isə avtonəqliyyat vasitələrinin hərəkəti dairədən sağa, Füzuli küçəsinin davamı olaraq yeni salınmış yola, oradan da yeni yaradılmış geri dönmə hissə ilə Mirzəağa Əliyev küçəsinə yönəldiləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.