CƏMİYYƏT


Füzuli rayonu ərazisindən 1 ədəd partlamamış hərbi sursat aşkar edilərək götürülüb VİDEO

Bakı, 19 dekabr, AZƏRTAC

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları Füzuli rayonundakı “Fin evləri” adlanan ərazidən 1 ədəd partlamamış hərbi sursat (PQ-9, tank əleyhinə raket) aşkar edərək götürüblər.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, nəticə etibarilə 800 kvadratmetr ərazi yoxlanılıb.

Qeyd edək ki, ümumilikdə agentlik tərəfindən aprelin 7–dən dekabrın 18-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Xocavənd, Bərdə, Füzuli, Beyləqan, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara, Salyan rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran və Bakı şəhərlərində 649 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 2 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu, 1 qoruq ərazisi, 1 çınqıl karxanası və 1 dəmiryolu stansiyası ərazisinə baxış keçirilib. Nəticədə 4 021 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 2 ədəd piyada əleyhinə mina (OZM-72), 2 ədəd “siqnal minası” və 46 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.