REGİONLAR


Füzuli rayonunda 100 min tondan çox taxıl istehsal edilib

Füzuli, 15 iyul, AZƏRTAC

Cəbhə bölgəsində yerləşən Füzuli rayonunda taxıl biçini başa çatıb.

Füzuli rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Hüseyn Abbasov AZƏRTAC-a bildirib ki, zəmilərdən 103 min 76 ton taxıl tədarük edilib. Biçilən taxılın 73 min 53 tonu buğda, 30 min 23 tonu isə arpadır. Hər hektarın məhsuldarlığı buğda sahələrində 29,4 sentner, arpa zəmilərində 26,7 sentnerdir.

Qeyd edək ki, cari ilin məhsulu üçün rayonda 36 min 80 hektarda taxıl yetişdirilib. Bunun da 24 min 836 hektarı buğda, 11 min 244 hektarı arpa zəmiləridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.