REGİONLAR


Füzuli rayonunda bu il 2 min başdan artıq heyvanın süni mayalandırılması nəzərdə tutulub

A+ A

Füzuli, 5 avqust, AZƏRTAC

Füzuli rayonunda heyvandarlığın intensiv inkişafı, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.

Füzuli rayon baytarlıq-diaqnostika kabinetinin direktoru Orxan Quliyev AZƏRTAC-a bildirib ki, heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir. İlin əvvəlindən rayonda fəaliyyət göstərən süni mayalama texnikləri tərəfindən 1483 baş inək və düyə süni yolla mayalandırılıb. Ötən il mayalandırılmış heyvanlardan bu il 724 baş sağlam cins buzov alınıb. Mayalanma zamanı əsasən “Holştein-friz”, “Simmental”, “Şves” cinsindən olan buğaların toxumları istifadə edilir. İlin sonunadək 2 min başdan artıq heyvanın süni mayalandırılması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.