REGİONLAR


Füzuli rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatı yaxşılaşdırılır

Füzuli, 10 yanvar, AZƏRTAC

Cəbhə bölgəsində yerləşən Füzuli rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.

Füzuli Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, 2016-cı ildə rayonun Aşağı Seyidəhmədli, Böyük Bəhmənli, Arayatlı, Gecəgözlü, Şıpartı, Zobucuq, Qayıdış kənd və qəsəbələrində 11 subartezian quyusu qazılıb. Yaxın günlərdə Şükürbəyli kəndində də yeni subartezian quyusunun qazılmasına başlanılacaq.

Yeni subartezian quyuları istifadəyə veriləndən sonra rayonun 300 hektardan artıq əkin sahəsi suvarma suyu ilə təmin ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.