REGİONLAR


Füzuli rayonunda kənd sakinləri ilə görüşdə onların problemləri öyrənilib

Füzuli, 19 dekabr, AZƏRTAC

Füzuli rayonunda əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədilə mütəmadi olaraq vətəndaşlarla görüşlər keçirilir, onların təklif və qayğıları həll edilir.

AZƏRTAC xəbər verir ki, növbəti səyyar qəbul-görüşlər rayonun idarə, müəssisə və hüquq-mühafizə orqanlarının rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə Bala Bəhmənli, Mahmudlu, Kərimbəyli, Babı, Arayatılı, Mollaməhərrəmli kəndlərində keçirilib.

Görüş zamanı kənd təsərrüfatının inkişafı, yerli istehsalın artırılması, əhalinin məşğulluğunun yüksəldilməsi, torpaqlardan səmərəli istifadə olunması barədə dövlət başçısı tərəfindən verilən tapşırıqların icrası ilə bağlı rayonda görülən işlər, o cümlədən taxılçılığın və növbəti il üçün pambıq əkininə hazırlığın vəziyyəti vətəndaşlarla müzakirə olunub. Kümçülərlə görüş zamanı ipəkqurdu saxlanılacaq yerlərə baxış keçirilib. Kənd sakinləri ənənəvi təsərrüfat sahələrindən olan pambıqçılıq və baramaçılığın yenidən bərpa olunmasını müsbət qiymətləndiriblər.

Rayon icra hakimiyyətinin başçısı Alı Alıyev aidiyyəti təşkilatların nümayəndələri ilə heyvandarlıq və bostan-tərəvəz məhsullarının istehsalı ilə məşğul olan ailələrlə görüşüb, onlara məsləhət və tövsiyələrini verib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.