CƏMİYYƏT


Füzuli rayonunda partlamamış hərbi sursat aşkar edilib VİDEO

Bakı, 11 fevral, AZƏRTAC

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) mütəxəssisləri tərəfindən Füzuli rayonunun “Fin evləri” adlanan ərazisində partlamamış hərbi sursat aşkar edilib.

ANAMA-dan AZƏRTAC-a bildirilib ki, 122 millimetrlik top mərmisi (OF-471) zərərsizləşdirilməsi üçün götürülüb və 1 300 kvadratmetr ərazi yoxlanılıb.

Agentlik tərəfindən 1 yanvar - 10 fevral tarixlərində Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Tovuz, Lənkəran və Cəbrayıl rayonlarında, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində üç otlaq və bir əkin sahəsinə, bir hərbi hissənin yaxınlığına, 14 ev və həyətyanı sahəyə, su arxına, dəniz və yol kənarına, avtobaza və körpü ərazisinə, istirahət mərkəzinə, yaşayış binasının yaxınlığına baxış keçirilib, 1 521 ədəd partlamamış hərbi sursat, 33 ədəd tank əleyhinə mina və iki ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 89 060 kvadratmetr ərazi yoxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.