REGİONLAR


Füzuli və Xocavənddən olan uşaqlar “Qarabağın səsi” müsabiqəsinin seçim turunda iştirak ediblər

Füzuli, 16 may, AZƏRTAC

Məcburi köçkün uşaqlar arasında keçirilən “Qarabağın səsi” ifaçılıq müsabiqəsinin növbəti seçim turu Horadiz şəhərində olub.

AZƏRTAC xəbər verir ki, Türkiyənin ölkəmizdəki səfirliyi, Yunis Əmrə İnstitutu, Təkamül və İnteqrasiya Beynəlxalq İctimai Birliyinin dəstəyi ilə keçirilən “Qarabağın səsi” layihəsindən məqsəd istedadlı məcburi köçkün uşaqları üzə çıxarmaq və gələcək karyeralarında onlara dəstək olmaqdır.

Füzuli Dövlət Dram Teatrında keçirilən tədbirdə çıxış edən layihənin rəhbəri Arzu Qədirova bildirib ki, müsabiqə 8-17 yaş arası məcburi köçkün uşaqlar arasında keçirilir. Artıq Ağdam, Laçın, Xocalı və Kəlbəcər rayonundan olan məcburi köçkün uşaqlar arasında seçim aparılıb.

Sonra Füzuli və Xocavənd rayonundan olan uşaqlar muğam ifaçılığı üzrə istedadlarını nümayiş etdiriblər.

Müxtəlif bölgələrdən seçilən istedadlı uşaqlar iyun ayında Bakı şəhərində keçiriləcək “Qarabağın səsi” qala konsertində çıxış edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.