Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Füzuli xalça kombinatının açılışı olub VİDEO

Horadiz, 12 noyabr, AZƏRTAC

Noyabrın 12-də Füzuli rayonunda “Azərxalça” ASC-nin ilk filialının - xalça kombinatının açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kombinatın açılışında iştirak edib.

Azərbaycan xalçaları bütün dövrlərdə dünyanı heyran qoyub, milli naxışlarımızın şöhrəti dünyanı qarış-qarış gəzib, böyük diqqətə səbəb olub. Azərbaycan xalçalarının ta qədimlərdən başlayan şöhrəti bu gün yeni layihələrlə zənginləşir. Prezident İlham Əliyevin bu il imzaladığı Sərəncamla “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması da məhz bu amildən qaynaqlanıb. ASC-nin əsas məqsədi xalça və xalça məmulatlarının istehsalı, onların ölkə daxilində və xaricdə satışının təşkili, istehsalatda yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir.

İqtisadiyyat naziri Şahin Mustafayev Prezident İlham Əliyevə məlumat verdi ki, ilkin mərhələdə “Azərxalça” ASC-nin Füzuli rayonu ilə yanaşı, Ağdam, Tovuz, Ağstafa, Qazax, Şəmkir, Quba, İsmayıllı, Xaçmaz, Qəbələ rayonlarında da filiallarının yaradılması nəzərdə tutulub. Hazırda bu rayonlarda filial binalarının tikintisinə başlanılıb. Yerlərdə “Azərxalça”nın xalçaçılıq üzrə hazırlıq-tədris kursları, ustad dərsləri təşkil edilib, işçi potensialının müəyyənləşdirilməsi və gücləndirilməsi üçün müvafiq tədbirlər görülüb.

“Azərxalça” ASC-nin idarə heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına görülən işlərlə bağlı ətraflı məlumat verdi.

Bildirildi ki, Horadizdə yaradılan filial Azərbaycanın tarixi xalçaçılıq mərkəzlərindən olan Qarabağ xalçaçılıq məktəbini təmsil edəcək. Filialın ümumi sahəsi 586 kvadratmetr olan binasında 160 toxucu, 10 nəfər inzibati-təsərrüfat işçisi fəaliyyət göstərəcək. Bina toxuculuq emalatxanası, anbar, yeməkxana, tibb otağı və digər bölmələrdən ibarətdir. Emalatxanada 160 toxucu müxtəlif ölçülü 43 dəzgahda Qarabağın tarixi xalça çeşniləri əsasında xalçalar toxuyacaq. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Emalatxana zəruri xammal və ləvazimatlarla təmin edilib. Toxucular həm Horadiz şəhərinin, həm də Füzuli rayonunun ayrı-ayrı kəndlərinin, o cümlədən hazırda işğal altında olan kəndlərin sakinləridir. Onlar bir neçə ay ərzində “Azərxalça”nın burada təşkil olunmuş hazırlıq-tədris kurslarında mütəmadi iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər.

Dövlətimizin başçısı kombinatın işçiləri ilə söhbət etdi.

İşçilər: Xoş gəlmisiniz, cənab Prezident.

Prezident İlham Əliyev: Xoş gördük. Necəsiniz? İşlər necədir?

Mahnur Alıyeva: Möhtərəm cənab Prezident, bütün füzulililər adından Sizi salamlayırıq və Sizə təşəkkürümüzü bildiririk ki, bizə belə müəssisə, belə iş yeri açmısınız. Hazırda 160 nəfər qadın burada işlə təmin olunub. Gün o gün olsun ki, işğal altındakı torpaqlarımız qaytarılsın və orada belə müəssisələr açılsın, bizim qarabağlı qadınlar Qarabağ xalçaları toxuyub nümayiş etdirsinlər.

Prezident İlham Əliyev: Mən çox şadam ki, artıq “Azərxalça” fəaliyyətə başlayır. Bilirsiniz ki, bir müddət bundan əvvəl mənim Sərəncamımla “Azərxalça” şirkəti yaradılmışdır. Bu qurumun əsas vəzifəsi Azərbaycanda xalçaçılığı inkişaf etdirmək, bizim tarixi mirasımızı qorumaq və eyni zamanda, ölkəmizdə güclü xalçaçılıq sənayesi yaratmaqdır. Bu məqsədlə bir çox rayonlarda, o cümlədən Füzuli rayonunda “Azərxalça”nın xətti ilə belə gözəl müəssisələr yaradılıb və yaradılır. Hamımız yaxşı bilirik ki, xalçaçılıq sənətini qadınlar yaşadırlar. Bu müəssisələrin yaradılması, fəaliyyətə başlaması qadınlar üçün iş yerlərinin açılması deməkdir. Bu da çox vacibdir. Çünki qadınlar üçün iş yerləri açmaq o qədər də asan məsələ deyil. Ancaq bu gün siz burada işləyirsiniz, yaxşı maaş alırsınız, həm ailə büdcəsinə bunun böyük töhfəsi olur, eyni zamanda, qədim sənətimiz yaşayır, yaşayacaq, gənc nəslə də siz öz təcrübənizi ötürəcəksiniz. Bununla bərabər, Azərbaycanın çox gözəl ixrac məhsulu olan xalça artıq dünya bazarlarına çıxacaq. Bu, həm ölkəmizin təbliğatına xidmət edəcək, həm də bütün dünya görəcək ki, xalqımız nə qədər istedadlı xalqdır. Digər tərəfdən, bu, ölkəmizə pul gətirəcək. Beləliklə, ölkə iqtisadiyyatı çoxşaxəli surətdə inkişaf edəcək. Bu müəssisənin fəaliyyəti nəticəsində ildə neçə xalça istehsal olunacaq?

“Azərxalça” ASC-nin idarə heyətinin sədri Vidadi Muradov: Cənab Prezident, bu müəssisədə dəzgahların əksəriyyəti Azərbaycan brendidir. Ayda 251 kvadratmetr xalça istehsal olunacaq. Qarabağın 16 rayonunun müxtəlif çeşniləri, tarixi ənənələri əsasında toxunulacaq. Biz üç ay ərzində burada tədris kursları təşkil etdik. Peşəkar ustalarımız bu kurslarda 160 nəfəri öyrətdilər. Bu yerlər bizə bir az azlıq edir. Biz düşünürük ki, filialları başqa yerlərdə də açmaq, genişləndirmək lazımdır.

Prezident İlham Əliyev: Bəli, genişləndirmək lazımdır.

Vidadi Muradov: Xalçaçılar çoxdur. Füzuli rayonunda 500-600 xalçaçı var.

Prezident İlham Əliyev: Bəli, onları da cəlb etmək lazımdır.

Vidadi Muradov: Biz istəyirik ki, hamısı xalçaçılıqla məşğul olsunlar və Azərbaycanın Qarabağ xalçaları dünyada nə qədər şöhrət tapıbsa, bu gün də bu Qarabağ xanımları, xalçaçıları ilə, cənab Prezident, Sizin də köməyiniz sayəsində yenə də dünyada öz şöhrətinə çatdıraq.

Prezident İlham Əliyev: Siz xalçaçılığı harada öyrənmisiniz?

Röya Abbasova: Bura mənim ilk iş yerimdir. Sağ olsun müəllimlərimiz, onlar öyrədiblər. İndi işə başlayırıq. Çalışırıq ki, öyrəndiklərimizi işdə tətbiq edək. İstəyirik ki, xalçalarımız yaxşı alınsın.

Prezident İlham Əliyev: Çox yaxşı. Mən gənc qızları görürəm və bizim peşəkar ustalarımız öz təcrübələrini onlarla bölüşəcəklər. Bəs siz bu vaxta qədər harada işləyirdiniz?

Mahnur Alıyeva: Bizim əvvəl işimiz olmayıb. İşlə indi təmin edilmişik.

Prezident İlham Əliyev: Yəqin ki, xalçaçılığı yaxşı bilirsiniz.

Mahnur Alıyeva: Bəli, bu, bizim nənələrimizdən qalan bir sənətdir. Bizim rayonumuzun bu sənətdə anlayışı olub. Mənim yaşadığım kəndin özünün xalçası olub – “Xanlıq” xalçası. Ancaq bir az unudulmuşdu. Sizin sayənizdə o, artıq bərpa olundu. Ona görə Sizə çox minnətdarıq. Çox sağ olun. Çalışacağıq ki, Sizin etimadınızı doğruldaq.

Prezident İlham Əliyev: Əlbəttə, bunun çox böyük mənası var. Biz bu qədim sənəti yaşadırıq. İndi biz haqlı olaraq hesab edirik ki, xalçaçılıq sənətinin vətəni Azərbaycandır. Bunu deməyə kifayət qədər əsaslar var. Digər tərəfdən bu, ənənəvi sənət növüdür. Nadir xalçalarımız var. Ona görə də bunu yaşatmalıyıq. Gənc nəsil də bu işlərə çox maraq göstərir. Bir daha qeyd etmək istəyirəm ki, həm dünyada Azərbaycanı geniş şəkildə təbliğ edəcəyik, həm də bu, böyük ixrac məhsuludur. Ona görə də bütün bu məsələləri həll etmək üçün “Azərxalça” yaradılmışdır və ilk müəssisə bu gün artıq fəaliyyətə başlayır.

X X X

Sonra dövlətimizin başçısı müəssisədə iş prosesini izlədi.

Sonda xatirə şəkilləri çəkdirildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Füzuli xalça kombinatının açılışı olub VİDEO

AQTA soğan yetişdirilən təsərrüfatlarda monitorinqlər aparıb

Bakıda koronavirus xəstələrinə yardım göstərən tibb işçilərinin maaşına əlavənin müddəti uzadılıb

BMU 10 istiqamət üzrə doktoranturaya qəbul elan edir

Dövlət orqanlarının təsnifatı genişləndirilir

Botanika İnstitutunun alimləri İran ilankölgəsi bitkisinin köklərini fitokimyəvi tədqiq ediblər

“Şükriyyə” tamaşası yenidən Milli Dram Teatrının səhnəsində

Yeni tədqiqat: Qarşıdakı 20 ildə prostat xərçəngi xəstələrinin sayı iki dəfə artacaq

ABŞ prezidentinin köməkçisi Hindistana səfərini təxirə salıb

Xəzər dənizində süni torpaq sahələrinin yaradılmasında əsas məqsəd açıqlanıb

Azərbaycan ilə Türkiyə arasında hərbi informasiya sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparılıb

Azərbaycan minifutbol yığmasının Monteneqro toplanışı üçün heyəti açıqlanıb

Fəqan Şahverdiyev: Müsadirə olunan narkotik vasitələrin “qara bazar” qiyməti 116 milyon 815 min AZN təşkil edir

Banqladeşdə yol-nəqliyyat hadisəsində 13 nəfər ölüb

Bahar Muradova: Ailə dəyərlərimizi müxtəlif təhdidlərdən qorumalıyıq

“Sabahın alimləri” XIII respublika müsabiqəsi başlanır

Deputat: Süni adaların yaradılması beynəlxalq konvensiya əsasında yaradılır

Sidney kilsəsində insanlara bıçaqla hücum terror aktı elan edilib

ABŞ-da Donald Trampa qarşı məhkəmə prosesi başlayıb

Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılıb

“Xəzər Hövzəsi Araşdırmaları” proqramı 18 ölkənin nümayəndələrini bir araya gətirib

İri və xırdabuynuzlu heyvanlar dabaq və qarayara xəstəliyinə qarşı peyvəndlənir

İKTA: Hesabatlılıqdan yayınan provayderlər cərimələnib

Türkiyə Qəzzaya daha bir humanitar yardım gəmisi göndərəcək

Basketbol Federasiyasının baş katibi: Qarşımıza qoyulan maksimum hədəfə çatdıq

“İnklüziv təhsildən inklüziv cəmiyyətə” mövzusunda beynəlxalq elmi-praktik konfrans işə başlayıb

DYP: Avtomobildən ixrac olunan qazın tərkibi normaya uyğun olmalıdır

NASA-nın Mars missiyası maliyyə çətinliyi ilə üzləşib

Şəkidə Ulu Öndərin xatirəsinə həsr olunan futzal turnirində 24 komanda mübarizə aparır

Xəzər dənizində yaradılacaq süni torpaqlarda tikinti fəaliyyəti məcəllənin tələblərinə uyğun həyata keçiriləcək

Xəzər dənizində süni torpaq sahəsinin yaradılması üçün icarə haqqı müəyyən ediləcək

Könüllülər üçün “Yaşıl düşüncə maarifləndirmə proqramı” layihəsinə start verilir

"Xalqın mədəni sərvəti" layihəsi Süleyman Ələsgərovun 100 illiyinə həsr olunub

Dövlət Komitəsi rəsmisi: Tikinti ilə bağlı tələblər baxımından qanunvericiliyin təkmilləşdirilməsi zərurətdir

Milli Kitabxanada “Xalq artisti Ramiz Mirişli” adlı kitab sərgisi açılıb

İrpen şəhərinin küçə və prospektlərinin birinə “Azərbaycan” adının verilməsi təklif edilib

“Zirə” klubunun sabiq futbolçusu vəfat edib

Mərkəzi Bankın sədri: Türkiyə digər sahələrdə olduğu kimi, sığorta sahəsində də əsas tərəfdaşımızdır

Əli Hüseynli: Xəzərdə süni torpaq sahələrinin yaradılması yeni imkanlar açacaq

Taleh Kazımov: Sığorta ödənişləri son üç ildə 26,3 faiz artaraq 587 milyon manata çatıb

Nazir: Azərbaycanda rəqəmsal siyasətə dair dövlət strategiyası 3 əsas istiqamət üzərində qurulub

Məhkəmələrin qərarları ilə müsadirə olunmuş 3 tondan çox narkotik vasitə məhv edilib

Sumqayıt Şəhər Prokurorluğunda “Açıq qapı günü”

Dövlət İdarəçilik Akademiyasında “ASAN xidmət” mərkəzlərinin əməkdaşları üçün təlim keçirilib

"Paris-2024"ə lisenziya qazanan Azərbaycanın 3x3 basketbol millisi Vətənə dönüb

“Yaradıcı müzakirələr” layihəsinə qeydiyyat başlayıb

Qazaxıstanlı politoloq: Cənubi Qafqaz regionunun əhəmiyyəti artır

Azərbaycanda narkotikdən yaranan davranış pozuntularına görə dispanser nəzarətində olanların sayı açıqlanıb

Qərbi Azərbaycan İcması professor Lemkinin adından sui-istifadə edilməsini sərt şəkildə qınayıb

İİTKM informasiya sistemlərini tam şəkildə “Hökumət buludu”na köçürüb

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edəcək

Tahir Mirkişili: Azərbaycan son dövrlərdə kiberhücumlara ən çox məruz qalan ölkələr sırasındadır

Taleh Kazımov: Azərbaycanda sığorta sisteminin İT sahəsində kadr potensialının artırılması prioritet məsələlərdəndir

Katarakta əməliyyatı zamanı ABŞ istehsalı olan linzaların xərcləri icbari tibbi sığorta ilə qarşılanır

Bakıda ilk dəfə Azərbaycan İnsurtech Zirvəsi keçirilir

Rusiyalı qonaq Ədəbiyyat Muzeyində olub

BMT-nin Yerli Əhalinin Problemləri üzrə Daimi Forumu keçirilir

Naxçıvanda bu ilin yanvar-mart ayları ərzində 2052 çıxarış verilib

Çempionlar Liqası: “Barselona” PSJ-ni, “Borussiya” “Atletiko Madrid”i qəbul edəcək

Hərbi təhsil müəssisələrinə qəbulla bağlı maarifləndirici görüşlər keçirilib

Avtoyuma məntəqəsindən avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb

Ötən illərlə müqayisədə yollarda ölüm və xəsarətlə nəticələnən qəzaların sayında kəskin azalma müşahidə edilib

İnterpol tərəfindən axtarışda olan şəxs İstanbulda saxlanılıb

Gənclər Kitabxanasında Ramiz Mirişliyə həsr olunan sərgi hazırlanıb

Qarğıdalı sahəsini dolu vurdu, 90 min manata yaxın aqrar sığorta ödənildi

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub YENİLƏNƏCƏK

Fövqəladə Hallar Nazirliyi təkər satışı və təmiri mərkəzində yanğın təhlükəsini aradan qaldırıb

Çexiyada bir həftədə 1500-ə yaxın insan göy öskürəyə yoluxub

Dövlət qulluğu vəzifələri üzrə sertifikat əldə edilməsi üçün qeydiyyat başlanıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvan şəhərində vətəndaşları qəbul edəcək

ƏÜO istismarda olan avtomobil texnikalarına texniki baxış keçirilib

Dünya birjalarında neft bahalaşıb

DİN: Xankəndidə 27 avtomat və digər silah-sursat aşkarlanıb

DİN: Qanunsuz odlu silahlar təhvil götürülüb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb

Cəbrayılda minalar aşkar edilib VİDEO

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

Çinin ümumi daxili məhsulu 5,3 faiz artıb

Cari ilin üç ayında yol-nəqliyyat hadisələrində 33 nəfər ölüb, 72 nəfər xəsarət alıb

ADY: Dəmiryol keçidlərində sürücü diqqətsizliyi iki qəzaya səbəb olub

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Qriplə allergiyanın fərqi

Naftalanda narkotik satan və alan şəxslər saxlanılıblar

Zevsin mağarası və Artemida məbədinin məkanı - Quşadası

Rusiyanın neft emalı zavodlarının PUA zərbələrinə məruz qalması neftin qiymətinə təsir edəcək

Üç ayda Qəbələdə 6,2 milyon manatlıq sənaye məhsulu ixrac olunub

“Coral Reef Watch”: Mərcan rifləri dördüncü qlobal rəngsizləşmədən əziyyət çəkirlər

İtaliyadakı G7-lərin iclasında müharibələrə son qoyulması üzrə səylər müzakirə olunacaq

Yaponiya sahillərində zəlzələ baş verib

Baş məşqçi: Gənc boksçularımızı təkmilləşdirmək niyyətindəyik

Qızıl medal qazanan boksçu: Heç bir döyüşdə çətinlik çəkmədim

Azərbaycanla Serbiya arasında strateji tərəfdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub

Avropa çempionatında qızıl medal qazanan Azərbaycan boksçuları Vətənə qayıdıblar

BMT-nin Vyana bölməsində beyin inkişafının əhəmiyyətinə həsr olunmuş tədbir keçirilib

Kanadada “Türk irsi ayı” münasibətilə tədbir təşkil olunub

Miqren üçün yeni müalicə ümidi: Həb olaraq alınacaq dərman İngiltərədə istifadə olunmağa başlayır

Beynəlxalq Muğam Mərkəzində “Humayla” adlı ilk solo konsert təqdim olunacaq

Meksika mətbuatı: Qərb Ermənistan vasitəsilə Cənubi Qafqazı parçalayır

Rafael Nadal uzun fasilədən sonra tennis kortuna qayıdacaq

"Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı metodik vəsaitin təqdimatı keçirilib

Amerika Yazıçılar Gildiyasının mükafatı təqdim edilib