MƏDƏNİYYƏT


“Füzuli yadigarı” adlı ədəbi-bədii gecə keçiriləcək

Bakı, 12 iyun, AZƏRTAC

İyunun 28-də Heydər Əliyev Sarayında şair Əliağa Vahidin xatirəsinə həsr olunan “Füzuli yadigarı” adlı ədəbi-bədii gecə keçiriləcək.

Sarayın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, gecədə Xalq artistləri Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Aygün Bayramova, Nəzakət Teymurova, Əməkdar İncəsənət Xadimi Aqil Məlikov, Əməkdar artistlər Elnarə Abdullayeva, Teyyub Aslanov, Ehtiram Hüseynov, xanəndələr Hüseyn Məlikov, Məmməd Nəcəfov və Vəfa Vəzirova iştirak edəcəklər.

Konsertdə xanəndələr Əliağa Vahidin qəzəllərinə bəstələnmiş musiqi nömrələrini səsləndirəcəklər.

Biletləri www.iticket.az saytından onlayn, şəhərin kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.