REGİONLAR
Füzulidə bu günədək 173,2 ton pambıq yığılıb
Füzuli, 17 oktyabr, AZƏRTAC
Dövlətimizin başçısının tapşırıq və göstərişləri nəticəsində Füzuli rayonunda pambıqçılıq yenidən dirçəlməyə başlayıb. Əgər ötən il rayon ərazisində cəmi 11 hektarda pambıq əkilmişdisə, bu il 505 hektarda “ağ qızıl” becərilib. Gələn il isə 1500 hektardan artıq sahədə pambıq əkilməsi nəzərdə tutulub.
AZƏRTAC xəbər verir ki, pambıqçılıqla məşğul olan füzulili fermerlər tarlalarda məhsul yığımını davam etdirirlər. Rayon Statistika İdarəsindən verilən məlumata görə, bu günədək 173,2 ton məhsul toplanılıb.
Yığılan pambıq “MKT İstehsalat Kommersiya” MMC-yə təhvil verilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]