REGİONLAR
Füzulidə eramızdan əvvəl I minilliyə aid dəmir uşaq heykəli tapılıb
Füzuli, 27 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Füzuli rayonunun Bala Bəhmənli kənd qəbiristanlığında antik dövrə aid dəmir uşaq heykəli tapılıb.
Füzuli Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Elçin Əsədov AZƏRTAC-a bildirib ki, hündürlüyü 10 santimetr, ağırlığı isə 400 qrama yaxın olan dəmir oğlan heykəli yerli sakinlər tərəfindən aşkarlanıb. Olduqca mükəmməl hazırlanmış heykəldə bədən əzələlərinin, barmaqların, saç və dodaqların, qaşların incəliklə işlənildiyi aydın seçilir.
Əvvəlcə Füzuli Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilən heykəl, araşdırılmaq üçün Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) göndərilib. AMEA-nın alimləri dəmir heykəlin eramızdan əvvəl I minilliyə aid olduğunu müəyyənləşdiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]