REGİONLAR
Füzulidə iftar süfrələri açılıb
Füzuli, 26 iyun, AZƏRTAC
İslamın ən şəfqətli və müqəddəs ayı hesab edilən Ramazan ayı münasibətilə Füzuli rayonunun Horadiz şəhərində, Bala Bəhmənli kəndində və Birinci Qayıdış qəsəbəsində iftar süfrələri açılıb.
AZƏRTAC xəbər verir ki, dindarların, imkansız şəxslərin, qocaların, şəhid ailələri üzvlərinin, veteranların, məcburi köçkünlərin iştirak etdikləri iftar mərasimlərində Ramazan ayının fəzilətlərindən danışılıb, Qurani-Kərimdən ayələr oxunub, dualar edilib. Çıxış edənlər iştirakçıları Ramazan bayramı münasibətilə təbrik edib, ölkəmizdə milli-mənəvi dəyərlərə göstərilən diqqət və qayğıdan, dini mərasimlərin keçirilməsinə yaradılan şəraitdən danışıblar. Qeyd olunub ki, təşkil olunan iftar süfrələri ölkəmizdə hökm sürən ənənəvi tolerantlığı və xalqımızın sıx birliyini nümayiş etdirir.
İftar süfrəsinə qatılanlar diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.