REGİONLAR


Füzulidə kənd təsərrüfatı məhsullarının satışı yarmarkası istifadəyə verilib

Füzuli, 25 iyun, AZƏRTAC

Füzuli rayonunda məcburi köçkünlərin məskunlaşdıqları Üçüncü Zobucuq qəsəbəsi ərazisində kənd təsərrüfatı məhsullarının satış yarmarkası istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edənlər rayonda sahibkarlığın inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışıblar.

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bildirib ki, Prezident İlham Əliyevin sahibkarlığın inkişaf etdirilməsi, yerlərdə sahibkarlara əlverişli şərait yaradılması barədə tapşırıqlarının icrası Füzuli rayonunda da diqqət mərkəzində saxlanılır. Rayonda sahibkarların fəaliyyətlərini genişləndirmələri, yeni iş yerləri açmaları, yerli istehsalı artırmaları üçün hər cür şərait yaradılır. Hazırda yüzlərlə şəxs rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olur, kənd təsərrüfatı, kiçik emal müəssisələri yaradılır. Bu isə əhalinin məşğulluğunun təmin edilməsi, sosial rifahının yaxşılaşdırılması ilə yanaşı, məhsul bolluğuna da səbəb olur.

Açılış mərasimində iştirak edən məcburi köçkünlər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Ümumi sahəsi 1362 kvadratmetr olan kənd təsərrüfatı məhsullarının satış yarmarkasında 22 qapalı ticarət köşkü və ərzaq məhsullarının saxlama anbarı var. Yarmarkada rayon sakinlərinin, fermerlərin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının, o cümlədən gündəlik tələbat mallarının satışı üçün lazım olan bütün şərait yaradılıb. Otuz nəfər işlə təmin olunduğu yarmarkanın ərazisində ağac və gül kolları əkilib, abadlıq işləri görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.