REGİONLAR


Füzulidə pambıq tədarükü məntəqəsi tikilir

Füzuli, 28 iyul, AZƏRTAC

Prezident İlham Əliyevin respublikada kənd təsərrüfatının, o cümlədən pambıqçılığın və baramaçılığın inkişafı ilə bağlı verdiyi tapşırıqların icrası istiqamətində Füzuli rayonunda zəruri işlər görülür.

Füzuli Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, rayon sakinlərinin pambıqçılıq sahəsində təcrübəsi nəzərə alınaraq, bu il 2050 hektar sahədə çiyid səpini aparılıb. Pambıq əkinlərinə lazımi aqrotexniki qulluq göstərilib, mineral gübrələr verilib, vaxtlı-vaxtında suvarma suyu ilə təmin edilib.

Rayonda pambıq tədarükü məntəqəsi olmadığından pambıq istehsalçıları məhsulu qonşu rayonlardakı tədarük məntəqələrinə təhvil verirdilər ki, bu da əlavə vəsait və vaxt itkisinə səbəb olurdu. Buna görə də Horadiz şəhəri ərazisində 6 hektar sahədə pambıq tədarükü məntəqəsinin tikintisinə başlanılıb. Pambıq tədarükü məntəqəsinin fəaliyyətə başlaması ilə rayonda onlarla əlavə iş yeri açılacaq, həm də pambıq istehsalçıları istehsal etdikləri məhsulu vaxt və vəsait itirmədən təhvil verə biləcəklər.

Füzuli rayonunda ənənəvi, strateji əhəmiyyətli və iqtisadi cəhətdən səmərəli olan baramaçılığın inkişafına da xüsusi diqqət yetirilir. Cari ildə füzulili kümçülər tərəfindən 25 tondan artıq yaş barama istehsal edilib. Yaxın günlərdə rayonda ətraf 5 rayonu da əhatə etməklə, barama qəbulu və tədarükü məntəqəsinin tikintisi nəzərdə tutulub ki, bu da həm əlavə iş yerlərinin yaranmasına, həm də baramaçılığın daha da inkişaf etdirilməsinə səbəb olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.