CƏMİYYƏT


Füzulidə su nasos stansiyasının yaxınlığında piyada əleyhinə mina aşkarlanıb

Bakı, 24 iyul, AZƏRTAC

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sisteminin məlumatına əsasən, Füzuli rayonunun Aşağı Kürdmahmudlu kəndində su nasos stansiyasının yaxınlığına baxış keçiriblər. Baxış zamanı bir piyada əleyhinə mina (OZM-72) aşkar edilərək götürülüb. Nəticədə 500 kvadratmetr ərazi yoxlanılıb.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, agentlik tərəfindən yanvarın 1–dən iyulun 24-dək 5790 partlamamış hərbi sursat, tank əleyhinə 194 mina və piyada əleyhinə 31 mina aşkarlanaraq zərərsizləşdirilib. Cəmi 4 milyon 694 min 692 kvadratmetr ərazi yoxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.