ELM VƏ TEXNOLOGİYA


Füzulinin “Leyli və Məcnun” əsərinə həsr edilən yeni monoqrafiya nəşr olunub

A+ A

Bakı, 16 sentyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Nəzakət Məmmədlinin “Füzulinin “Leyli və Məcnun” əsəri – poetikası, fəlsəfəsi, əlyazmalarının mətnşünaslıq xüsusiyyətləri” monoqrafiyası “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, kitabda Füzulinin “Leyli və Məcnun” əsərinin bədii xüsusiyyətləri klassik Şərq poetikası əsasında tədqiq edilir. Təsəvvüf fəlsəfəsinin əsərin başlıca ideya istiqaməti olduğu elmi əsaslarla sübut edilir, əsərdəki irfani rəmz və məcazların mənaları orta əsr təsəvvüfi lüğətləri əsasında açıqlanır. Əsərin Əlyazmalar İnstitutunda saxlanılan ən qədim nüsxələri müqayisəli tədqiq edilərək indiyədək çap nüsxələrində olan bir sıra qüsurlar müəyyənləşdirilıir. Əlyazmalar İnstitutunda saxlanılan iyirmidən artıq “Leyli və Məcnun” əlyazması mətnşünaslıq baxımından araşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.