İQTİSADİYYAT


“G20” biznes jurnalının sentyabr nüsxəsində Bakı limanından bəhs edilib

A+ A

Bakı, 10 sentyabr, Elvin Camalov, AZƏRTAC

“G20” biznes jurnalının sentyabr nüsxəsi Bakı limanı və onun Avrasiyada nəhəng ticarət və logistika qovşağı olmasından bəhs edir.

AZƏRTAC xəbər verir ki, məqalədə Qədim İpək Yolunun ən əlverişli mövqeyində, Azərbaycan ərazisinin bir sıra vacib karvansaralara və iri regional ticarət mərkəzlərinə ev sahibliyi etməsi göstərilir. Avropa və Asiyanın strateji kəsişməsində, Çin, Türkiyə, İran, Rusiya kimi bazarların yaxınlığında yerləşən Azərbaycan və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Avrasiyanın ən böyük ticarət və logistika “hub”ı olmağa hazırdır.

Qeyd edək ki, “G20” biznes jurnalı Beynəlxalq Ticarət Palatası G20 rəhbərinin məsləhətçi qrupunun rəsmi nəşridir və hər il G20 və B20 sammitlərində təqdim edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.