DÜNYA


G20-nin 2019-cu il sammiti Yaponiyada, 2020-ci il sammiti isə Səudiyyə Ərəbistanında olacaq

Bakı, 8 iyul, AZƏRTAC

“Böyük İyirmilik” ölkələrinin liderləri 2019-cu il sammitinin Yaponiyada, 2020-ci il sammitinin isə Səudiyyə Ərəbistanında keçirilməsi barədə qərar qəbul ediblər. Bu barədə NHK telekanalı məlumat yayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, müvafiq bənd yekun deklarasiyaya daxil ediləcək.

G20-yə Avropa İttifaqı ayrıca təşkilat kimi, Şimali Amerikadan Kanada, ABŞ və Meksika, Cənubi Amerikadan Braziliya və Argentina, Avropa və Yaxın Şərqdən Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanı, Asiyadan Hindistan, İndoneziya, Çin, Cənubi Koreya və Yaponiya, Afrikadan Cənubi Afrika Respublikası, habelə Avstraliya daxildir. Sammitə Dünya Bankının, Dünya Ticarət Təşkilatının, Beynəlxalq Valyuta Fondunun, Dünya Səhiyyə Təşkilatının rəhbərləri də dəvət olunurlar.

“Böyük iyirmilik” ölkələrinin payına planet əhalisinin 2/3 hissəsi, dünya ÜDM-nin 85 faizi və ticarətinin 80 faizi düşür.

Xatırladaq ki, G20 liderlərinin növbəti görüşü Buenos-Ayresdə baş tutmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.