İQTİSADİYYAT
GƏNCLƏR XOCALI SOYQIRIMI QURBANLARININ XATİRƏSİNİ YAD ETMİŞLƏR
Əvvəlcə, soyqırımı qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad olunmuşdur. Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası işçi qrupunun sədr müavini Eldar Səmədov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Məmmədhüseyn Dadaşov, Gəncliyə Yardım Fondunun sədri Ahmed Tecim çıxış edərək, 1992-ci il fevralın 26-da erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı ilə birgə Xocalı şəhərində həyata keçirdikləri amansız soyqırımı aktının dünyada dəhşətli terror hadisələrindən biri olduğunu gənclərin diqqətinə çatdırmışlar.
Bildirmişlər ki, bir neçə saat ərzində 613 nəfər dinc əhali, o cümlədən 56 uşaq, 106 qadın, 70 qoca qəddarcasına öldürülmüş, 487 nəfərə ağır xəsarət yetirilmiş, 1275 köməksiz insan isə girov götürülərək, dözülməz işgəncələrə məruz qalmışdır. Sonra Xocalı faciəsinə dair sənədli film və fotosərgi nümayiş etdirilmişdir.