ELM VƏ TEXNOLOGİYA


GEİ-də növbəti beynəlxalq vebinar keçirilib

A+ A

Bakı, 11 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutunda (GEİ) növbəti beynəlxalq vebinar (internet vasitəsi ilə seminar) keçirilib.

GEİ-dən AZƏRTAC-a bildiriblər ki, seminarda institutun biotexnologiya şöbəsinin “İnsan genetikası” qrupunun əməkdaşı Xaqani Eynullazadə “Prostat vəzi xərçəngində DNT metilasiyasının diaqnostik biomarker kimi dəyərləndirilməsi” mövzusunda məruzə ilə çıxış edib. O, prostat vəzi xərçəngi, ona səbəb olan amillər, xəstəliyin kilinik təzahürü, bir sıra epigenetik və genetik mexanizmlər haqqında ümumi məlumat verib.

Bildirilib ki, həmin xəstəlik də daxil olmaqla bütün növ xərçənglərin yaranma mexanizmi çox mürəkkəbdir. Xərçəngin bu növünün yaranmasında epigenetik dəyişikliklər xüsusi əhəmiyyət daşıyır. Xüsusilə DNT molekulunun metilləşməsi xərçəngin bu növünün yaranmasında önəmli rol oynayır. Aparılan araşdırmalar həmin xəstəlik zamanı 70-dək müxtəlif genin yüksək dərəcədə metilləndiyini göstərib. Bu xərçəng adətən ağır kliniki gedişli olsa da, erkən diaqnoz qoyulduğu zaman müalicə oluna bilir.

X.Eynullazadə qeyd edib ki, gələcək tədqiqatlarda prostat vəzi xərçəngi zamanı metilləşən genlərdən bir və ya bir neçəsinin Azərbaycan populyasiyasına olan spesifikliyini təyin etmək əsas məqsəd kimi qarşıya qoyulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.