REGİONLAR
GÖYÇAYDA TƏRƏVƏZ VƏ BOSTAN MƏHSULLARI İSTEHSALINA MARAQ ARTMIŞDIR
Göyçay rayonunda yazlıq bitkilərin, xüsusilə tərəvəz və bostan məhsullarının istehsalına maraq artmışdır. Bu, əsasən, istehsal olunmuş məhsulun satışı sahəsində yeni imkanların yaranması ilə bağlıdır. Məsələ burasındadır ki, Göyçayın torpaq sahibləri məhsullarını rayondakı emal müəssisələrinə münasib qiymətlərə satmaqla bərabər, yerli bazarda və Bakı şəhərində təşkil edilən yarmarkalarda reallaşdıra bilirlər.
Rayon statistika idarəsindən AZƏRTAC-a bildirmişlər ki, cari ildə 1912 hektar sahədə yazlıq bitkilər əkilmişdir. Bunun 1094,5 hektarını tərəvəz, 479 hektarını yem bitkiləri, 123 hektarını kartof, 75 hektarını bostan məhsulları, 69 hektarını qarğıdalı, 14 hektarını şəkər çuğunduru təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]