SİYASƏT


GUAM-Baltiya: siyasi və iqtisadi əməkdaşlıq xətti

A+ A

Kiyev, 31 oktyabr, AZƏRTAC

Xəbər verdiyimiz kimi, Riqada Baltik Assambleyasının (BA) 35-ci sessiyası və Baltik Şurasının 22-ci iclası keçirilib. Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilatın – GUAM-ın Baş katibi Altay Əfəndiyev bu forumlarda, habelə BA-nın 25 illiyinə həsr olunan tədbirlərdə iştirak edib. Bu barədə AZƏRTAC-a GUAM-ın Kiyevdəki qərargahından məlumat verilib.

Görüşlər zamanı Baş katib A.Əfəndiyev həm GUAM və Baltik ölkələrinin parlament assambleyaları, həm də Baltik ölkələri və GUAM arasında hərtərəfli əlaqələrin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. Baltik Assambleyası nümayəndələrinin GUAM Parlament Assambleyasının dekabr ayında Bakıda keçiriləcək sessiyasında iştirakı məsələləri müzakirə olunub.

Latviyanın nəqliyyat naziri Uldis Augulisin Baltiya ölkələri arasında nəqliyyat infrastrukturunun, nəqliyyat dəhlizlərinin və sərhəd əməkdaşlığının inkişafı barədə məruzəsinə dair müzakirələr zamanı GUAM-ın Baş katibi Baltik dənizi, Qara dəniz və Xəzər dənizi regionlarını birləşdirən nəqliyyat kommunikasiyalarının inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. A.Əfəndiyev GUAM nəqliyyat dəhlizinin fəaliyyəti, Avropa və Asiyanı birləşdirən Şərq-Qərb dəhlizinin inkişafında onun potensial rolu barədə qısa məlumat verib. Bununla bağlı Qara dənizi və Baltik dənizini birləşdirən nəqliyyat infrastrukturunun inkişafının əhəmiyyətini vurğulayıb və nəqliyyat sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə çağırıb. Bu ilin noyabrında Kiyevdə keçiriləcək nəqliyyat üzrə beynəlxalq konfransda dialoqun davam etdirilməsi imkanı qeyd olunub.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.