SİYASƏT
GUAM Parlament Assambleyasının VI iclası olmuşdur VİDEO
Kiyev, 3 dekabr (AZƏRTAC). Dekabrın 2-3-də Tbilisidə GUAM Parlament Assambleyasının (PA) VI iclası keçirilmişdir. GUAM-ın Kiyevdəki Katibliyində AZƏRTAC-a verilən məlumata görə, iclasda Gürcüstanın ali qanunvericilik orqanının GUAM PA-dakı nümayəndə heyətinin rəhbəri sədrlik etmişdir.
İclasın işində GUAM iştirakçısı olan dövlətlərin, o cümlədən Azərbaycanın, Baltik Assambleyasının, Polşa Respublikası parlament nümayəndə heyətlərinin rəhbərləri və üzvləri iştirak etmişlər.
İclasın yekunlarına əsasən GUAM Parlament Assambleyası, Baltik Assambleyası və Polşa Respublikası parlament nümayəndə heyətinin kommunikesi və birgə bəyanatı qəbul edilmişdir. İngilis dilində olan bu sənədlərin mətni ilə aşağıdakı saytda tanış ola bilərsiniz: (http://guam-organization.org/node/1530).
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev