SİYASƏT
GUAM-a üzv ölkələrin nümayəndələri narkotiklərin qeyri-qanuni dövriyyəsi məsələlərini müzakirə ediblər
Kiyev, 13 oktyabr, AZƏRTAC
Oktyabrın 12-13-də Ukraynanın paytaxtında Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilatın – GUAM-ın Katibliyində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə məsələlərinə dair İşçi altqrupun 17-ci iclası keçirilib.
Təşkilatın mənzil-qərargahından AZƏRTAC-a verilən məlumata görə, altqrupun əlaqələndiricisi olan Azərbaycan tərəfinin sədrliyi ilə keçən tədbirdə təşkilata üzv dövlətlərin nümayəndələri iştirak ediblər.
İclasda GUAM-a üzv dövlətlərin narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə sahəsində milli qanunvericiliyində, əməliyyat şəraitlərində olan dəyişikliklər və tədbirlər haqqında məlumat mübadiləsi aparılıb.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev