SİYASƏT


GUAM çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsi yolları müzakirə edilib

Bakı, 8 dekabr, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Hamburqda Demokratiya və İqtisadi İnkişaf naminə GUAM təşkilatının xarici işlər nazirlərinin 28-ci iclasına sədrlik edib. Azərbaycan Respublikası rotasiya qaydası əsasında GUAM təşkilatında sədrliyi həyata keçirir.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda GUAM çərçivəsində əməkdaşlığın, parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi, müxtəlif sahələrdə layihələrin həyata keçirilməsi, üzv dövlətlər arasında iqtisadi-ticarət əməkdaşlığının gücləndirilməsi yolları müzakirə edilib. Nazirlər idman-gənclər sahəsində işçi qrupunun yaradılmasına dair razılığa gəliblər.

Tərəflər GUAM-ın beynəlxalq təşkilatlar və tərəfdaş ölkələrlə əməkdaşlığının genişləndirilməsinin zəruriliyinə toxunublar və bu istiqamətdə səylərin davam etdirilməsinin əhəmiyyətini qeyd ediblər.

Görüşün sonunda iclasın protokolu təsdiq olunub.

İclasın ardınca “GUAM-Yaponiya” görüşünün növbəti mərhələsi keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.