SİYASƏT
GUAM-ın qərargahında korrupsiyaya qarşı mübarizə üzrə işçi alt qrupun iclası olub
Kiyev, 8 noyabr, AZƏRTAC
Ukrayna paytaxtında GUAM-ın Katibliyində korrupsiyaya və çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə işçi alt qrupun 15-ci iclası keçirilib. Bu barədə AZƏRTAC-a təşkilatın Kiyevdəki qərargahından məlumat verilib.
Nümayəndələr müvafiq sahədə əməliyyat şəraiti və GUAM iştirakçısı olan dövlətlərin səlahiyyətli orqanlarının fəaliyyəti barədə informasiya mübadiləsi aparıblar.
Tədbir iştirakçıları cari ildəki fəaliyyətə yekun vurub və 2017-ci ilin iş planını tərtib ediblər. Həmçinin 2017-2018-ci illərdə işçi alt qrupun fəaliyyətinin Gürcüstan tərəfindən koordinasiya ediləcəyinə dair qərar qəbul olunub.
Növbəti iclas 2017-ci ilin aprel-may aylarında keçiriləcək.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [20:05]
İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub
- 24.04.2024 [18:37]
Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb
- 24.04.2024 [17:25]