SİYASƏT


GUAM narkotiklərin qanunsuz dövriyyəsinə qarşı fəal mübarizə aparır

A+ A

Kiyev, 18 noyabr, AZƏRTAC 

Ukrayna paytaxtında GUAM-ın Katibliyində narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə işçi altqrupun 19-cu iclası keçirilib. Bu barədə AZƏRTAC-a təşkilatın Kiyevdəki qərargahından məlumat verilib.

Azərbaycan tərəfinin sədrliyi ilə keçirilən ikigünlük tədbirdə təşkilata üzv ölkələrin hamısının nümayəndələri iştirak ediblər.

İclasda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində milli qanunvericilikdə dəyişikliklər, GUAM-a üzv dövlətlərdə əməliyyat şəraiti və tədbirlər barədə fikir mübadiləsi aparılıb.

Növbəti iclas 2017-ci ilin aprel-may aylarında keçiriləcək.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.