ELM VƏ TƏHSİL
GÜRCÜSTANDA YENİ DƏRS İLİ SENTYABRIN 20-DƏ BAŞLANACAQDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstan Təhsil və Elm Nazirliyində dərs ilinin sentyabrın 1-də başlanmasının bolşevik Rusiyasının Gürcüstanı qəsb etməsi ilə əlaqədar olduğuna, gürcü ənənəsinə uyğun gəlmədiyinə görə, bu yeniliklərin həyata keçirildiyini bildirmişlər. Nazirlikdə, həmçinin, qeyd etmişlər ki, bu həm də Gürcüstanın iqlim şəraiti, bölgələrdə kənd təsərrüfatı işlərinin başa çatmaması, yerli büdcənin gəlirinin artırılması məqsədi ilə ölkənin kurort bölgələrində mövsümün uzadılması ilə bağlıdır.
Yeni qaydaya əsasən, dərs ili hər il bazar ertəsi başlanacaq və iyunun sonunadək davam etdiriləcək, dərs həftələrinin miqdarı 34-dən 38-ə çatdırılacaqdır.
Təhsil və elm naziri Aleksandr Lomaya bu yeniliklərin, eyni zamanda, Gürcüstanda təhsilin Avropa standartları ilə uyğunlaşdırılmasına xidmət edəcəyini də söyləmişdir.