DÜNYA


G-4 ölkələrinin xarici işlər nazirləri BMT Təhlükəsizlik Şurasını islahatlara çağırırlar

A+ A

Tokio, 23 sentyabr, AZƏRTAC

BMT Təhlükəsizlik Şurasında daimi üzvlüyə can atan dörd ölkənin xarici işlər nazirləri bu orqanı islahatlara çağıran bəyanatla çıxış ediblər.

NHK televiziya kanalının yaydığı məlumata görə, Yaponiya, Almaniya, Braziliya və Hindistanın xarici işlər nazirləri sentyabrın 22-də Nyu-Yorkda BMT Baş Assambleyasında bir araya gəliblər. Bu qrup həm də “Böyük dördlük” (G-4) adlandırılır.

Nazirlər bəyan ediblər ki, çoxsaylı münaqişələr və humanitar böhranlarla bağlı dünyada sülhün bərqərar olmasına çalışan daha məhsuldar, legitim və səmərəli Təhlükəsizlik Şurasına indi daha çox ehtiyac var.

Bəyanatda, həmçinin qeyd edilir ki, Təhlükəsizlik Şurasının həm daimi, həm də qeyri-daimi üzvləri sırasında bir qədər kiçik dövlətlərin nümayəndəliyinin yaradılması artıq zərurətə çevrilib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.