DÜNYA


“Galaxy Note 7 FE” smartfonunun nə vaxt təqdim ediləcəyi məlum olub

Bakı, 29 iyun, AZƏRTAC

Cənubi Koreyanın "Samsung" şirkəti "Galaxy Note 7 Fandom Edition" smartfon modelini iyulun 7-də təqdim etməyi planlaşdırır. Dörd yüz nümunədə buraxılacaq smartfonun bir hissəsi Cənubi Koreya bazarı üçün nəzərdə tutulub.

AZƏRTAC xəbər verir ki, şirkətin yaydığı məlumata görə, "Galaxy Note 7 FE" digər ölkələrdə də satışa çıxarılacaq, lakin hazırda həmin ölkələrin siyahısı məlum deyil.

Bundan əvvəl şirkət nümayəndələri ABŞ-da bərpa edilən "Note 7" modelinin satışının dayandırılmasını təsdiq ediblər. Bununla yanaşı, onlar "Note 7" smartfonunu "Galaxy S8" və "S8+" modellərinin satışı üçün təhlükəli hesab edirlər.

"Galaxy Note 7 Fandom Edition" smartfonunun təxmini qiyməti 700 dollar təşkil edəcək.

Qeyd edək ki, "Samsung" şirkətinin ötən il təqdim etdiyi "Galaxy Note 7" smartfon modeli 5,7 düymlü ekran, səkkiznüvəli "Exynos 8890" prosessor, 4 giqabaytlıq operativ yaddaş və 3500 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. Şirkət akkumulyatorun qızması nəticəsində baş verən partlayışlardan sonra smartfonu satışdan çıxarmaq məcburiyyətində qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.