Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

“Gazelli Group”un məhsulları artıq Nabranda “River Inn Boutique Hotel” istirahət mərkəzində

Bakı, 22 may, AZƏRTAC

Azərbaycanın ilk kosmetik vasitələrinin istehsalçısı olan “Gazelli Group”un brendlərini artıq Azərbaycanın dilbər guşələrinin birində, meşənin əhatəsində və dənizin sahilində, Nabran qəsəbəsində yerləşən “River Inn Boutique Hotel” istirahət mərkəzində də əldə etmək mümkündür. Bir sözlə, “Made in Azerbaijan” brendini dünyada tanıtdıran şirkətin məhsulları olan “Aroma collection” və “Buta” brendlərini bu gözəl məkanda istirahət edən həm yerli sakinlər, həm də xarici qonaqlar da əldə etmək şansı qazanıblar.

AZƏRTAC xəbər verir ki, 18 ildir fəaliyyət göstərən “Gazelli Group”un məhsullarının hazırlanmasında ölkənin təbii nemətlərindən istifadə edilir, bu da onları xüsusi ilə fərqli edir. Məsələn, “Buta” brendinin hazırlanmasında nar, heyva, xurma, reyhan və tərxun kimi bitkilərin ekstraktlarından istifadə edilir. “Gazelli Group” artıq 100-dən çox vacib aktiv ingridiyentə patent alıb və gündəlik istifadə üçün önəmli olan 500-dən çox məhsul növü yaradıb. Söhbət saç üçün şampunlar və balzamlar, maye və quru sabunlar, duş gelləri, kremlər, maskalar, losyonlar, otel məhsulları, məişət və sənaye məhsulları və s. gedir. “Gazelli Group” MDB məkanında yeganə, dünyada isə nadir şirkətlərdəndir ki, GMP sertifikatına malikdir. Mövcud olan ciddi rəqabət şəraitində “Gazelli Group” kosmetik vasitələrinin dünya istehsalçıları arasında layiqli yer tutur.

Şirkətin mətbuat katibi Yelena Eyvazlının sözlərinə görə, Azərbaycanda qeyri-neft sektorunda yerli biznesin inkişafına təkan verəcək bir sıra islahatlar həyata keçirilir. “Məqsədimiz yerli bazarı keyfiyyətli və ən əsası qiymət baxımından münasib olan məhsullarla təmin etməkdir. Əminik ki, dövlətimizin başçısının sahibkarlığın inkişafına verdiyi dəstək və bu sahədə yaratdığı imkanlardan biz səmərəli istifadə edərək “Made in Azerbaijan” brendini bütün dünyada tanıtdıracağıq. Məhsullarımız İngiltərə, Almaniya, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrə ixrac edilir, bu siyahının genişləndirilməsi nəzərdə tutulur. Eyni zamanda, Azərbaycanda ilk dəfə olaraq keçirilən möhtəşəm “Baku Shopping Festival”ında şirkətin sərgi-satış yarmarkaları təşkil edilmişdir. “Mayın 26-da Belarusda açılacaq ilk “Azərbaycan Ticarət Evi”ndə “Gazelli Group”un da stendi olacaq. Bu mərkəz vasitəsilə Belarusda da məhsullarımızın satışı həyata keçiriləcək”, - deyə Y.Eyvazlı qeyd edib.

Yeri gəlmişkən, media nümayəndələrinin “Gazelli Group”un məhsullarının satışının yenicə təşkil edildiyi “River Inn Boutique Hotel”i ilə də yaxından tanış olmaq imkanı oldu. Mayın 20-21-də bu gözəl məkanda keçirilmiş press-turun nəticəsi olaraq qənaətə gəlmək olar ki, otel turistləri dünya səviyyəsində qəbul etmək üçün Azərbaycanda gözəl məkanlardan biridir.

Otelin marketinq və satış meneceri Ruslan Səfərov qeyd edib ki, 15 hektara yaxın ərazidə yerləşən “River Inn Boutique Hotel” istirahət mərkəzi 34 nömrə, 3 ikimərtəbəli villa və 9 dördnəfərlik, 4 üçnəfərlik, 1 VİP üçnəfərlik kottec, 12 ədəd standart otaqdan ibarətdir. Əsas binada 13 otaq yerləşir. Diqqəti cəlb edən əsas məsələlərdən biri də ondan ibarətdir ki, burada çalışan işçilərin 85 faizini yerli əhali təşkil edir, mövsümlə bağlı işçi sayının artırılması da nəzərdə tutulur. Bu isə regionlarda vətəndaşların işlə təmin edilməsi baxımından çox önəmli faktdır. Oteldə boutique bar yerləşir ki, burada xüsusi kokteylləri sifariş etmək olar. İstirahət edənlərin sərəncamına açıq və qapalı hovuzlar verilib. SPA mərkəzdə hidro-aeromasaj təklif olunur. Mərkəzdə türk hamamı və fin saunası fəaliyyət göstərir. Əyləncə mərkəzində istirahət edənlər boulinq, bilyard, açıq havada voleybol və futbol, habelə oyun avtomatlarında oynaya, kinozalda (eyni zamanda konfrans zalı) filmə baxa, kitabxanaya baş çəkə bilərlər. İstirahət mərkəzinin ərazisində yay kinoteatrı, fitnes mərkəzi, “Aroma” SPA mərkəzi, uşaq bağçası, mini zoopark da var. Burada fəaliyyət göstərən “Zəfəran” restoranında məhz milli mətbəxin təamlarından, “Jasmin” restoranında isə Avropa mətbəxinin təamlardan dadmaq olar. Restoranın xüsusi özəlliklərindən biri də ondan ibarətdir ki, təamlar “Tarladan süfrəyə” şüarı ilə mərkəzin ərazisində yetişdirilən orqanik məhsullardan hazırlanır. Otel aktiv satışa 2016-cı ilin mayından başlasa da, artıq müştərilərin müştərilərin böyük marağına səbəb olub. “River Inn Boutique Hotel”i daha da cəlbedici edən odur ki, ərazisindən çay axır, çayın kənarında təndirlər quraşdırılıb. Müxtəlif növ balıqların yetişdirildiyi çayın üstündən körpücüklər salınıb. İstirahətə gələnlərə tilovla balıq tutmaq imkanı da yaradılıb.

“Buraya Rusiya, Türkiyə, Fransa və Avropanın müxtəlif ölkələrindən turistlər gəlir. Bir çox ölkələrin turizm şirkətləri ilə müqavilələr imzalanıb, bu səbəbdən də bu il turistlərin sayında yüksək göstərici gözlənilir. Otelin 2018-ci ildə turizmlə bağlı keçirilən sərgilərdə iştirakı nəzərdə tutulub”, - deyə R.Səfərov diqqətə çatdırıb.

Media nümayəndələri “River Inn Boutique Hotel”indən xoş təəssüratlarla ayrılıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Folklorşünas alim: Torpaq çərşənbəsi insanın təbiətlə həmrəy olması bayramıdır

Türkiyədə fəlakət zonasındakı sakinlər hər ay 15 min evlə təmin ediləcək

DİN: Martın 19-da ölkə üzrə 40 cinayətin açılması təmin olunub

Ölkənin əksər bölgələrinə yağış, dağlıq rayonlara qar yağıb

Dünya birjalarında neft ucuzlaşıb

Zabrat qəsəbəsindəki marketdə baş verən yanğın söndürülüb

Naxçıvanın kəndlərinin içməli su təminatı yaxşılaşdırılır

MDU-da tərəfdaş universitetlərlə birlikdə Çanaqqala Zəfərinin ildönümü qeyd edilib

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib

® GL 2023-cü ildə neft hasilatı artımına nail olub

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur SİYAHI

Mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edilib

Ukraynanın Krivoy-Roq şəhərində Novruz bayramı ilə bağlı konsert təşkil edilib

Saatlıda narkokuryerlik edən şəxs saxlanılıb

Hüquq müdafiəçisi: Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır

Türkiyə tədqiqatçıları stressin beyində “zamanın qavranılmasını” pozduğunu müəyyənləşdiriblər

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb

Avstraliya məhkəməsi “Uber”i böyük məbləğdə təzminat ödəməyə məcbur edib

Yanlış ayaqqabı uşağın sağlamlığına zərər verə bilər - Mütəxəssis rəyi

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək

Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib

Yaponiyada yaşlı insanlar əməyə cəlb edilir

İraq neft ixracını azaldacaq

Ümumdünya Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qırmızı qəsəbəyə səfər edib

Budapeştdə biznes forumda Azərbaycandakı investisiya imkanlarından danışılıb

Gürcüstanın Təhsil və Elm Nazirliyinin Marneuli İctimai Kollecində təntənəli Novruz şənliyi keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyində Novruz bayramı qeyd edilib

Bu gün Torpaq çərşənbəsidir

Şabranda minik avtomobilləri toqquşub, yaralananlar var

“Robotexnika Klubu”nun üzvləri Türkiyədə keçiriləcək “Texnofest”ə layihə təqdim ediblər

Kəngərli rayonunun yaradılmasının 20 illiyi qeyd olunub

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Dövlət Komitəsində Yaponiyada yaşayan azərbaycanlı pianoçu ilə görüş olub

Amur vilayətindəki filiz mədənində qəza baş verib, dağıntılar altında qalanlar var

Media əməkdaşları arasında atıcılıq yarışının qalibləri bəlli olub

Türkiyə Prezidenti: Bu yay İraq sərhədimizin təhlükəsizliyini tam təmin edəcəyik

Naxçıvan ŞİH: Möminə Xatun türbəsinin ətrafındakı tikili ilə bağlı yayılanlar həqiqəti əks etdirmir

Azərbaycanın güləş millisi “Çempionlar” turnirini 10 medalla başa vurub

YAP Səbail rayon təşkilatında Novruz bayramı qeyd edilib

Nigeriyada daha yüz adam oğurlanıb

Azərbaycan-İraq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Bakı Ali Neft Məktəbində “Huawei” şirkətinin laboratoriyası fəaliyyətə başlayıb

Nazirlik: Hərbi hissələrdə bayram tədbirləri qapalı şəraitdə keçirilir

Azərbaycan atıcıları Almaniyada qızıl medal qazanıblar

Bakı Dövlət Universitetində Novruz şənliyi

Yens Stoltenberq: NATO ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparırıq VİDEO

Beynəlxalq mətbuat Azərbaycan Prezidentinin NATO-nun Baş katibi ilə görüşündən yazır

“Ailəm könüllüləri” proqramının könüllüləri mükafatlandırılıb

Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus BAMF-da olub

Azərbaycan icması Böyük Britaniya Parlamentinə etiraz məktubu göndərib

Müdafiə naziri Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Unudulmaz bəstəkar Şəfiqə Axundovanın 100 illik yubileyi qeyd olunub

Hikmət Hacıyev: Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var VİDEO

Xüsusi təyinatlı təhsil müəssisələrində Çanaqqala zəfərinin 109-cu ildönümü qeyd edilib VİDEO

Ağdamda Bahar bayramı şənliyi keçirilib

Bakının Dəmir yolu vağzalında keçirilən oftalmoloji aksiya zamanı 120 nəfər müayinə olunub 

Monitorinq Mərkəzi Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirib

M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsəri İstanbulda səhnələşdiriləcək

Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanına qeydiyyat elan edilib

Azərbaycan səfiri Çanaqqala Zəfərinin 109-cu ildönümü münasibətilə təşkil olunan tədbirdə iştirak edib

İsveçrənin ölkəmizdəki səfiri ilə COP29 ətrafında fikir mübadiləsi aparılıb

Avropa dövlətləri Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolu hissəsinin işə salınmasında maraqlıdırlar

Milli Kitabxanada “Tale şairi: Məmməd İsmayıl” adlı kitabın təqdimat mərasimi olub

® “Beyin ölümü diaqnozunun təyininə multidisiplinar yanaşma” mövzusunda seminar keçiriləcək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli 503 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Xocavəndlilər baharın gəlişini yüksək əhvali-ruhiyyə ilə qeyd edirlər

“Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin işçilərinin say həddinin təsdiq edilməsi və əməkhaqqı fondunun müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 309 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

QAÇQINKOM-un sədri Siyəzəndə vətəndaşların müraciətlərini dinləyib

Bakı Kitab Mərkəzi xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənliyi təşkil edib

“İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 oktyabr tarixli 387 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

“Müntəzəm beynəlxalq, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarının yerinə yetirilməsi ilə bağlı sifarişçinin keçirdiyi müsabiqədə iştiraka görə ödənişin məbləği”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 avqust tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Beynəlxalq müsabiqədə qalib gələn tələbələrə diplomlar təqdim edilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 256 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

UNEC kollektivi bu il də Novruz bayramını ahıl sakinlərlə qeyd etdi

Hakim partiyaların fəal dialoqu Azərbaycan-Çin münasibətlərinin inkişafına böyük töhfələr verir

“Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsinin icrasına başlanılıb

Azərbaycanda “Elektron kommunikasiya haqqında” qanun layihəsi hazırlanır

Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olunub

MEK Özbəkistanda türkdilli xalqlara həsr edilmiş beynəlxalq konfransda təmsil olunub

“Həvəsləndirmə və Biznes mükafatları” müsabiqəsi barədə məlumatlandırma görüşü keçirilib

Şəhid övladı Novruz tonqalını alovlandırdı

COP29 və elmi-texniki tərəqqi

Özbəkistan istehsal etdiyi yaşıl enerjini Azərbaycan üzərindən ixrac edəcək

Abşeronda Çanaqqala Zəfərinin 109–cu ildönümü qeyd olunub

Yens Stoltenberqin Bakı səfəri NATO-Azərbaycan münasibətlərinə töhfə verəcək – AÇIQLAMA

Qubada qaçış marafonunun qalibləri mükafatlandırılıb

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası COP29-a dəstək xarakterli təmizlik aksiyası keçirib

ANAMA: Ötən həftə 202 partlamamış hərbi sursat zərərsizləşdirilib

“İnformasiya müharibəsində qələbə-Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev” adlı kitabın təqdimatı olub VİDEO

Mirzə Uluqbəy adına Füzuli şəhər tam orta məktəbdə Novruz şənliyi

Gəncədə görmə əlilliyi olan 18 yaşına çatmayan uşaqlar üçün Novruz şənliyi keçirilib

“Sumqayıt”ın legioneri: Mövsümü ikinci yerdə bitirə bilərik

Bakı hava limanı ərazisi Novruz dekorları ilə bəzədilib

Paytaxtda ödəmə terminalı və avtomobillərdən oğurluq edən şəxs saxlanılıb VİDEO

Lənkəranda yeni penitensiar kompleks cəzaçəkmə müəssisələrində sıxlığı aradan qaldırmağa xidmət edir