DÜNYA


“Gazprom” “Clean Energy” LNG tankerini icarə götürüb

A+ A

Bakı, 2 noyabr, Nihad Budaqov, AZƏRTAC

Rusiyanın enerji nəhəngi “Gazprom” şirkəti Yunanıstanın “Pegasus Shipholding”in mülkiyyətində olan və “DYNAGAS” tərəfindən işlədilən 150 min kubmetr daşıma tutumuna malik M/T “Clean Energy” adlı mayeləşdirilmiş təbii qaz (liquefied natural gas-LNG) tankerini icarə götürüb.

AZƏRTAC xəbər verir ki, “Gazprom” “Clean Energy”ni gündəlik 40 min dollar olmaqla 93 aylığa kirayələyib. 7 il 9 aylıq icarə müddətində “Gazprom” tanker üçün 115 milyon dollar ödəyəcək.

2007-ci ildə Koreya Respublikasının “Hyundai” tərsanəsində inşa edilən “Clean Energy”nin uzunluğu 288 metr, eni isə 44 metrdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.