DÜNYA


“Gazprom” “Edison” və “DEPA” şirkətləri ilə əməkdaşlığa dair protokol imzalayıb

Bakı, 2 iyun, AZƏRTAC 

Rusiyanın enerji nəhəngi “Gazprom” şirkəti “Edison” və “DEPA” şirkətləri ilə əməkdaşlığa dair protokol imzalayıb.

AZƏRTAC xəbər verir ki, sənədi Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forumu çərçivəsində “Gazprom”un idarə heyətinin sədri Aleksey Miller, “DEPA”nın rəhbəri Theodoros Kiçakos və “Edison” icraçı direktoru Mark Benayoun imzalayıb.

Sözügedən protokol Rusiya təbii qazının Türkiyə və Avropaya nəqlini nəzərdə tutan “Türk axını” qaz boru kəməri (Turkish Stream) layihəsinin qitəyə qaz nəql edəcək ikinci xətti ilə Türkiyə-Yunanıstan-İtaliya qaz boru kəməri və Avropa Poseydon boru kəməri layihələrinin dəstəklənməsi məqsədi güdür.

“Türk axını” layihəsi Qara dəniz üzərindən Türkiyənin Avropa hissəsinədək və daha sonra Yunanıstan sərhədinədək qaz boru kəmərinin tikintisini nəzərdə tutur. Kəmərin dəniz hissəsinin uzunluğu 910 kilometrə yaxın, quru hissəsi isə Türkiyə ərazisi üzrə 180 kilometrdir. Boru kəmərinin birinci xətti türk bazarı, ikincisi Cənubi və Cənub-Şərqi Avropa ölkələri üçün nəzərdə tutulur. Hər bir xəttin illik ötürücülük gücü 15,75 milyard kubmetrdir. Layihənin ümumi dəyəri 11,4 milyard avro həcmində qiymətləndirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.