DÜNYA


“Gazprom” “Türk axını”nın dənizdən keçəcək hissəsinin inşası üçün Türkiyədən ilk icazəni alıb

A+ A

Bakı, 14 sentyabr, Nihad Budaqov, AZƏRTAC

Rusiyanın enerji nəhəngi “Gazprom” şirkəti “Türk axını” qaz boru kəmərinin (Turkish Stream) dənizdən keçəcək hissəsinin inşası üçün diplomatik kanallar vasitəsilə Türkiyədən ilk icazəni alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Gazprom”dan edilən şərhdə deyilir. “Gazprom”un idarə heyətinin sədri Aleksey Miller “Türk axını” layihəsinin ilk mərhələsində türkiyəli səlahiyyətlilər ilə birgə işi davam etdirdiklərini deyib.

Qeyd edək ki “Türk axını” üzrə ilk boru kəmərinin tikintisinə 2019-cu ilin ikinci yarısında başlanılacağı planlaşdırılır. “Türk axını” ilə Rusiya qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulur. Kəmərlə 16 milyard kubmetr qazın Avropanın, qalan hissəsinin isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə edilməsi planlaşdırılır. Layihə üzrə iki boru kəmərinin tikilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.