DÜNYA


“Gazprom”: Türkiyə idxal etdiyi gündəlik təbii qazın miqdarının artırılmasını istəyib

A+ A

Bakı, 28 oktyabr, Nihad Budaqov, AZƏRTAC 

Türkiyə Rusiyanın enerji nəhəngi “Gazprom” şirkətindən idxal etdiyi gündəlik təbii qazın miqdarının artırılmasını istəyib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Gazprom”un məlumatında deyilir. Bildirilir ki, Türkiyə idxal etdiyi təbii qazın miqdarının 9,2 faiz artırılaraq gündəlik 82,1 milyon kubmetrə çatdırılmasını istəyib. Türkiyənin bu istəyinə müsbət cavab veriləcək və bu ölkə əlavə təbii qazla təmin olunacaq.

Almaniyadan sonra “Gazprom”un ikinci ən böyük təbii qaz alıcısı olan Türkiyə “Mavi axın” qaz boru kəməri və Ukraynadan keçən “Qərb” boru kəməri ilə illik təxminən 30 milyard kubmetr Rusiya qazı idxal edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.