DÜNYA


“Gazprom”un Türkiyəyə təbii qaz ixracı bu il 9,2 faiz azalacaq

A+ A

Bakı, 27 oktyabr, Nihad Budaqov, AZƏRTAC 

Rusiyanın enerji nəhəngi “Gazprom” şirkəti bu il Türkiyəyə 24,5 milyard kubmetr təbii qaz ixrac etməyi nəzərdə tutur.

AZƏRTAC xəbər verir ki, bu barədə “Gazprom”un idarə heyəti sədrinin müavini Aleksandr Medvedev məlumat verib. O deyib: “Türkiyə bizim üçün Almaniyadan sonra ikinci böyük xarici bazardır. Bu ölkəyə 2015-ci ildə 27 milyard kubmetr təbii qaz ixrac etmişik. Bu il Türkiyəyə 24,5 milyard kubmetr təbii qaz ixrac etməyi nəzərdə tuturuq. 2017-ci il üçün bu ölkəyə təbii qaz ixracı ilə bağlı proqnozlarımız isə 25,1 kubmetrdir”.

“Gazprom”un bu proqnozu cari ildə Türkiyəyə təbii qaz ixracının ötən ilə nisbətən 9,2 faiz azalması deməkdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.