DÜNYA


“Gazprom”un Türkiyəyə təbii qaz nəqli azalıb

A+ A

Bakı, 17 noyabr, Nihad Budaqov, AZƏRTAC

Rusiyanın enerji nəhəngi “Gazprom” şirkətinin Türkiyəyə təbii qaz nəqli bu ilin yanvar-sentyabr aylarında keçən ilin eyni dövrü ilə müqayisədə 12,4 faiz azalaraq 17 milyard kubmetrə geriləyib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Gazprom”dan edilən şərhdə deyilir.

Bu ilin yanvar-sentyabr aylarında “Gazprom”dan Avropaya təbii qaz ixracı keçən ilin eyni dövrünə görə 10,8 faiz artıb. İlin sonunda qitəyə qaz ixracının ümumilikdə 170 milyard kubmetri keçməsi gözlənilir.

“Gazprom” bu ilin ilk 9 ayında keçən ilin eyni dövrünə nisbətən Avropaya 14,9 milyard kubmetr artımla, ümumilikdə, 103 milyard kubmetr təbii qaz ixrac edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.