DÜNYA


“Gazprom”un mənfəəti 5,2 faiz azalıb

A+ A

Bakı, 10 avqust, Nihad Budaqov, AZƏRTAC

Rusiyanın enerji nəhəngi “Gazprom” şirkətinin bu ilin birinci yarısındakı mənfəəti 5,2 faiz azalıb.

AZƏRTAC xəbər verir ki, şirkətdən edilən şərhdə buna səbəb kimi ucuzlaşan neft-qaz qiymətləri göstərilir.

Şirkətin xalis mənfəəti 362 milyard rubla (5,6 milyard dollar) geriləyib.

“Bloomberg”in anketində iştirak edən analitiklərin proqnozları isə şirkətin 363 milyard rubl mənfəət əldə edəcəyi istiqamətində idi.

“Gazprom”un gəliri isə eyni dövrdə 5,4 faiz artaraq 1,74 trilyon rubl olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.