İQTİSADİYYAT


“Gazprom”un təbii qaz ixracı yenidən maksimuma çatıb

A+ A

Bakı, 29 noyabr, Nihad Budaqov, AZƏRTAC 

Rusiyanın enerji nəhəngi “Gazprom” şirkətinin xarici ölkələrə təbii qaz ixracı artıq səkkizinci dəfədir ki, maksimum həcmə çatıb.

AZƏRTAC “Gazprom”a istinadla xəbər verir ki, şirkət gündəlik 601,2 milyon kubmetr təbii qaz ixrac etməklə yeni rekorda imza atıb.

“Gazprom”un idarə heyətinin sədri Aleksey Miller deyib: “Rusiya təbii qazına tələbatın artması “Gazprom”un Avropaya qaz nəqlinin etibarlı və sabit olduğunun sübutudur. Bu, Rusiya təbii qazının ixrac həcminin tarixi rekordudur”.

Şirkətin idarə heyətinin sədr müavini Aleksandr Medvedev isə “Gazprom”un noyabr-dekabr aylarındakı ixrac həcminin yüksək səviyyədə qalacağını gözlədiklərini deyib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.