DÜNYA


“Gazprom”un xarici ölkələrə təbii qaz ixracı bu il 11,9 faiz artıb

Bakı, 19 dekabr, Nihad Budaqov, AZƏRTAC

Rusiyanın enerji nəhəngi “Gazprom” şirkətinin xarici ölkələrə təbii qaz ixracı bu il yanvarın 1-dən dekabrın 15-dək 2015-ci ilin eyni dövrü ilə müqayisədə 11,9 faiz artaraq 170 milyard kubmetr təşkil edib.

AZƏRTAC şirkətə istinadla xəbər verir ki, artım mütləq ifadədə isə 18,1 milyard kubmetr olub.

Hesabat dövründə “Gazprom”un Böyük Britaniyaya təbii qaz ixracı 6,15 milyard kubmetr (57,6 faiz), Almaniyaya 3,75 milyard kubmetr (8,7 faiz), Hollandiyaya 1,84 milyard kubmetr (83,6 faiz), Fransaya 1,83 milyard kubmetr (19,9 faiz), Polşaya 1,9 milyard kubmetr (22 faiz), Avstriyaya 1,54 milyard kubmetr (36,5 faiz), Danimarkaya 1 milyard kubmetr (158,2 faiz), Yunanıstana isə 0,7 milyard kubmetr (39,5 faiz) artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.