DÜNYA


“Gazprom”un xarici ölkələrə təbii qaz ixracı maksimuma çatıb

A+ A

Bakı, 24 noyabr, Nihad Budaqov, AZƏRTAC 

Rusiyanın enerji nəhəngi “Gazprom” şirkətinin xarici ölkələrə təbii qaz ixracı maksimuma çatıb.

AZƏRTAC “Gazprom”a istinadla xəbər verir ki, Türkiyənin artan tələbatı ilə əlaqədar olaraq noyabrın 22-də şirkət xaricə 599,8 milyon kubmetr təbii qaz ixrac edib. Bununla da “Gazprom”un xarici ölkələrə təbii qaz ixracında yeni rekord qeydə alınıb. Bu həcm noyabrın 11-dəki göstəricidən 1,9 milyon kubmetr çox olub.

Şirkət buna səbəb kimi Türkiyənin qaz tələbatının 11 faiz (45,2 milyon kubmetr) artmasını göstərib.

“Gazprom” bu ay xarici ölkələrə 17,46 milyard kubmetr qaz ixrac edəcək ki, bu həcm də ötən ilin müvafiq dövrü ilə müqayisədə 28 faiz çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.