MƏDƏNİYYƏT
“Gecə snayperləri” Bakıda
Bakı, 17 sentyabr, AZƏRTAC
Rusiyanın “Gecə snayperləri” qrupu Bakıda konsert proqramı ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, Yaşıl Teatrda təşkil olunan konsertdə əfsanəvi qrup yeni albomundan mahnılar və ən yaxşı hitlərini təqdim edib. Konsert proqramı Diana Arbeninanın bədii rəhbərliyi ilə baş tutub.
Paytaxt sakinləri ilə yanaşı, xarici qonaqların da qatıldığı konsert proqramı maraqla qarşılanıb.
Qeyd edək ki, “Gecə snayperləri” qrupu 2013-cü ilin dekabrında 20 illiyini qeyd edib. Bu hadisə ilə əlaqədar qrupun “Crocus City Hall”da möhtəşəm konserti olub.
“Gecə snayperləri” Berlin, Vyana, Praqa, Varşava, Riqa, Tallinn, Vilnüs, London, Paris və digər şəhərlərdə mütəmadi olaraq konsert proqramları ilə çıxış edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]