MƏDƏNİYYƏT


“Gecə snayperləri” Bakıda konsert verəcək

A+ A

Bakı, 8 avqust, AZƏRTAC

Sentyabrın 16-da Rusiyanın “Gecə snayperləri” qrupu Bakıda konsert proqramı ilə çıxış edəcək.

AZƏRTAC xəbər verir ki, Yaşıl Teatrda baş tutacaq konsertdə əfsanəvi qrup yeni albomundan mahnılar və ən yaxşı hitləri təqdim edəcək. Kollektivin rəhbəri Diana Arbeninadır.

Qeyd edək ki, “Gecə snayperləri” qrupu 2013-cü ilin dekabrında 20 illiyini qeyd edib. Bu hadisə ilə əlaqədar qrupun “Crocus City Hall”da möhtəşəm konserti olub. “Gecə snayperləri” Berlin, Vyana, Praqa, Varşava, Riqa, Tallinn, Vilnüs, London, Paris və digər şəhərlərdə mütəmadi olaraq konsert proqramları ilə çıxış edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.