CƏMİYYƏT


Gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib

A+ A

Bakı, 25 noyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən vətəndaş müraciətlərinin obyektiv şəkildə araşdırılması və nəticələrinə əsasən qanunauyğun tədbirlər görülməsi istiqamətində işlər davam etdirilir.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, müraciətlərə əsasən cari ilin yanvar-oktyabr aylarında görülən tədbirlər nəticəsində Dövlət Əmək Müfəttişliyi Xidməti 787,3 min manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib. Həmin məbləğin 94,6 faizi gecikdirilmiş əmək haqlarından, 3,2 faizi işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalardan, qalan hissəsi isə zərərə görə ödənclərdən ibarət olub.

Həmçinin yanvar-oktyabr aylarında qanunvericiliyin tələbləri pozulmaqla işdən azad edilmiş 20 nəfər vətəndaşın Xidmət tərəfindən yenidən öz əvvəlki işlərinə bərpa olunması təmin edilib.

Xidmətin əməkdaşları vətəndaşların əmək hüquqlarının təmin olunması, o cümlədən sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi, əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları ilə bağlı aidiyyəti işəgötürənlərə hüquqi izahatlar veriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.