CƏMİYYƏT


Gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edilib

A+ A

Bakı, 24 oktyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən vətəndaş müraciətlərinin operativ və obyektiv şəkildə araşdırılması və nəticələrinə əsasən qanunauyğun tədbirlər görülməsi işləri davam etdirilir.

Nazirliyin icitimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, cari ilin yanvar-sentyabr aylarında vətəndaşlar tərəfindən Xidmətə daxil olan müraciətlərlə əlaqədar görülən tədbirlər nəticəsində ümumilikdə 784 min 809 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib. Həmin məbləğin 94,7 faizi gecikdirilmiş əmək haqlarından, 3,1 faizi işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalardan, qalan hissəsi isə zərərə görə ödənclərdən ibarət olub.

Qeyd edilən dövrdə 20 nəfərin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyi müəyyən edilib və görülən tədbirlər nəticəsində həmin şəxslərin öz əvvəlki işlərinə bərpa etdirilməsi təmin olunub.

Sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi, habelə əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları barədə aidiyyəti işəgötürənlərə hüquqi izahat və məlumatlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.