REGİONLAR
Gədəbəy: əkinçilik və maldarlıqda məhsuldarlıq yüksək olub
Gədəbəy, 26 oktyabr, Rauf Hacıyev, AZƏRTAC
Bu ilin yanvar-oktyabr aylarında Gədəbəy rayonunda əkinçilik və maldarlıqda məhsuldarlıq yüksək olub.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, gələn ildən etibarən rayonun heyvandarlıq və bitkiçilik üzrə ixtisaslaşdırılması istiqamətində işlər daha da sürətləndiriləcək.
İlin əvvəlindən bəri rayonda ət istehsalı (diri çəkidə) 5,5 min ton, süd istehsalı 39,2 min ton, iribuynuzlu mal-qaranın baş sayı 54656 baş, qoyun və keçilərin sayı isə 278567 baş olub.
Rayon üzrə 12200 hektar kartof, 1036 hektar payızlıq və yazlıq buğda, 93 hektar payızlıq və yazlıq arpa, 56 hektar qarğıdalı, 298 hektar tərəvəz əkilib.
Hazırda rayonda məhsul yığımı davam etdirilir. Bu vaxta qədər 103981 ton kartof, 82 ton qarğıdalı, 2221 ton tərəvəz, 2998 ton dənli və dənli paxlalı bitkilər toplanılıb.