ELM VƏ TƏHSİL


“Gədəbəy folklor örnəkləri” kitabının birinci cildi çapdan çıxıb

Bakı, 3 iyun, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu tərəfindən hazırlanmış “Gədəbəy folklor örnəkləri” kitabının birinci cildi çapdan çıxıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabda Gədəbəy şəhərindən və rayonun ayrı-ayrı kəndlərindən müxtəlif illərdə toplanmış folklor mətnləri arasında nağıl və lətifələr üstünlük təşkil edir. Kitaba bölgədən toplanmış sehrli, dini və məişət nağılları Molla Nəsrəddin lətifələri ilə yanaşı, Gədəbəyin baməzə adamları haqqında lətifələr daxil edilib. Həmçinin Aşıq Ələsgərlə şəmkirli Aşıq Hüseynin görüşü, Aşıq Ələsgərin Naxçıvan və Xınna səfərləri haqqında rəvayətlərin yeni variantları da kitabda yer alıb. Bundan başqa, nəşrdə Növrəs İmanla bağlı heç yerdə çap olunmamış mətnlər də öz əksini tapıb. Oxucular topluda toy və yas adətləri, yağış, külək kəsdirmə, yağış yağdırma, ilan ağzı, qurd ağzı bağlama və digər mərasimlərlə bağlı mətnlərlə də tanış ola bilərlər.

Kitabın tərtibçiləri Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov və filologiya üzrə fəlsəfə doktoru Səbinə İsayevadır. Mətnlər Folklor İnstitutunun əməkdaşları Elçin Qaliboğlu, Ramiz Ələkbərov, Aynur Qəzənfərqızı, Ramin Allahverdiyev və Gülnarə Tahirova tərəfindən toplanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.